Revision 27765 of "Ay Yaqub" on azwikisource

{{Başlıq
| başlıq             =Ay Yaqub
| müəllif            = Xasay Hacıyev
| keçidsiz müəllif   = 
| tərcüməçi          = 
| keçidsiz tərcüməçi =
| bölmə              =
| əvvəlki            = 
| növbəti            = 
| il                 = 1970
| qeydlər            = Hacıyev Yaqub Nəsib oğlunun V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar "Fədakar əməyə" görə dövlət mükafatı ilə mükafatlandırılmasına
}}
<poem>
Alqış kərəminə mərhəmətinə,
Minnətdaram sənə, sağ ol, ay Yaqub.
Arxan bu el olsun, köməyin Allah,
El içində üzü ağ ol, ay Yaqub.

Həyatın firavan, qəlbin şən olsun,
Ömür yollarından qəza gen olsun.
Dayağın bu torpaq, bu vətən olsun,
Ucal Qoşqar kimi dağ ol, ay Yaqub.

Çox sinə gərmisən daşqına, selə,
Şöhrətin, ad-sanın, düşübdü dilə,
Pöhrələn budaqlan kölgə sal elə,
Xasayam, bəhrəli bağ ol, ay Yaqub.
''1970-ci il, Yeni Daşkənd kəndi.''</poem>

[[Kateqoriya:Xasay Hacıyevin qoşmaları]]
[[Kateqoriya:1970-ci ilin qoşmaları]]