Revision 29168 of "Düşərsən (Nohəxan Qəşəm)" on azwikisource{{Aydınlaşdırma|Düşərsən (dəqiqləşdirmə)}}
{{Başlıq
| başlıq = Düşərsən
| müəllif = Nohəxan Qəşəm
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>
Mənəm demə, yekələnmə, öyünmə,
Qəza gələr, qalmaqala düşərsən.
Qulağın kar olar, dilin lal olar,
Nalən qalxar haldan-hala düşərsən.
İnsan ki var bu dünyanın barıdı,
Dil onun qəlbinin ixtiyarıdı.
Dünyanın varından kimlər yarıdı?
Gedər varın çox zavala düşərsən.
Qəşəm, qananları yaman söz əyər,
Gec də olsa əyriləri düz əyər,
Bəxtin yatar, tale səndən üz əyər,
Qabağa cəhd etsən, dala düşərsən.
</poem>
[[Kateqoriya:Nohəxan Qəşəmin qoşmaları]]All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?oldid=29168.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|