Revision 29643 of "Deyişmə (Aşıq Abbasəli Xəlilov - Aşıq Əli Şairov)" on azwikisource

{{Başlıq
| başlıq             = Deyişmə
| müəllif            = 
| keçidsiz müəllif   = [[Müəllif:Aşıq Abbasəli]] - [[Müəllif:Aşıq Əli Şairov]]
| tərcüməçi          = 
| keçidsiz tərcüməçi = 
| bölmə              = 
| əvvəlki            = 
| növbəti            = 
| il                 = 
| qeydlər            = 
}}
<poem>
''Aşıq Abbasəli''
Gəl, sənə söyləyim, ay cavan aşıq,
O, hansı şəhərdir, birdi dükanı?
Bir bənna əyləşib o, şəhər üstə,
Yoxdu o, bənnanın cəsəddə qanı.

''Əli Şairov''
Salamını aldım, ay cavan aşıq,
Cəsəd bir şəhərdir, ürək dükanı.
Könül bir bənnadı o, şəhər üstə,
Unutmaz heç zaman ilqar, imanı.

''Aşıq Abbasəli''
Fəsillər dolanıb, hey keçir zaman,
Hər kəs ki, eyləsə özünə guman.
Yetmiş iki qul, əyləşib pünhan,
O, nədir dolanır bütün cahanı?

''Əli Şairov''
Alim gərək bu sözümü düz yaza,
Dalğa neylər dəryadakı qəvvasa.
Bədəndə əyləşib yetmiş iki əza,
Xəyaldı dolanır müdam cahanı.

''Aşıq Abbasəli''
Qülfallahı dildə eylərəm əzbər,
Dadıma yetişsin ağam Əlamdar.
Abbasəli vəsf eylər, arif olanlar,
O, kim idi cəm elədi Quranı?

''Əli Şairov'' 
Əlif Allah yaradıbdı dünyanı,
Ərşdən göndəribdi otuz cüz ayəni.
Xaliq buyurdu Cəbrayıla nidanı,
Əli, - Osman cəm eylədi Quranı.
</poem>

[[Kateqoriya:Aşıq Abbasəlinin qoşmaları]]
[[Kateqoriya:Aşıq Əli Şairovun qoşmaları]]
[[Kateqoriya:Dini şeirlər]]