Revision 29646 of "Dağlar (Aşıq Abbasəli)" on azwikisource

{{Başlıq
| başlıq             = Dağlar 
| müəllif            =  Aşıq Abbasəli
| keçidsiz müəllif   = 
| tərcüməçi          = 
| keçidsiz tərcüməçi = 
| bölmə              = 
| əvvəlki            = 
| növbəti            = 
| il                 = 
| qeydlər            = 
}}
<poem>
Göylər sənə laylay çalır,
Ay vüqarlı, uca dağlar.
Gədikləri sərt sıldırım,
Qayaları haça dağlar.

Sənə heyran gör neçə göz,
Dillərdəsən gəzib söz-söz.
Alovlanır ocaqda köz,
Tüstülənir baca, dağlar!

Abbasəli qatar-qatar,
Tərif deyib, şeir qoşar.
Hər gələndə nazlı bahar,
Cavanlaşır qoca dağlar.
</poem>

[[Kateqoriya:Aşıq Abbasəlinin gəraylıları]]