{{Aydınlaşdırma|Mənim (dəqiqləşdirmə)}}
{{Başlıq
| başlıq = Mənim
| müəllif = Aşıq Abbasəli
| keçidsiz müəllif =
| tərcüməçi =
| keçidsiz tərcüməçi =
| bölmə =
| əvvəlki =
| növbəti =
| il =
| qeydlər =
}}
<poem>
Elə baxdı zalım qızı,
Getdi sərdən huşum mənim.
Viran etdi qəlb evimi,
Qalmadı bir daşım mənim.
Şamaması qucaq-qucaq,
Yanaq lalə, buxağı ağ.
Gözəllərin yolunda bax,
Ağarıbdı başım mənim.
Abbasəli tutdu dilə,
Bürünmüşdü bəyaz tülə.
Canıyanmış bu gözələ,
Yaman qonub quşum mənim.</poem>
[[Kateqoriya:Aşıq Abbasəlinin gəraylıları]]
This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|