Difference between revisions 3082000 and 3651842 on azwiki

{{Şəxs
|Şəkil          = Parmenides.jpg
|Şəkil məlumat  = 
|Şəkil miqyası  = 200
|Adı            = Parmenid
|Tam adı        =  Παρμενίδης
|Digər adları   = 
|Fəaliyyəti     = 
|Milliyəti      = [[Yunanlar|Yunan]]
|Doğum tarixi   = {{Doğum_tarixi|||}}
|Doğum yeri     = 
|Vəfatı    = {{Vəfat_tarixi|||}}
|Vəfat yeri      = 
|Vəfat səbəbi    = 
|Dəfn yeri      = 
|Atası          = 
|Anası          = 
|Həyat yoldaşı  = 
|Uşaqları       = 
|Rəsmi vebsaytı = 
|İmzası         = 
}}

'''Parmenid''' ({{lang-el|Παρμενίδης}}; [[B. E.Ə.540]] və yaxud [[B. E.Ə.520]] —  [[B. E.Ə. 450]]) —yunan filosofu.

== Həyatı ==
Parmenid Heraklitin müasiri olmuşdur. Onun fəlsəfi çiçəklənmə dövrü b.e.ə. V əsrə təsadüf etmişdir. O, cənubi İtaliyada, yunan koloniyası Eleyada yaşamışdır. Güman olunur ki, Parmenid öz doğma şəhərində ictimai və siyasi həyatda, xüsusən, qanunların hazırlanmasında aktiv iştirak etmiş, çox hörmətli vətəndaş olmuşdur.
Dəyişikliyin məntiqi olaraq qeyri-mümkünlüyü barədə təlimi Parmenidin şagirdi Zenon Eleyalı (Zenon of Elea) da müdafiə etməyə çalışmışdır. O, sübut etməyə səy göstərmişdir ki, dəyişiklik imkanını təsdiq edən təlimlər qaçılmaz olaraq məntiqi paradokslara aparıb çıxarırlar. 
Belə paradokslardan biri Axilles və tısbağa haqqında hekayədə illüstrasiya olunur: Axilles və tısbağa qaçış üzrə yarışda iştirak edirlər. Onlar eyni zamanda start götürürlər, amma bu zaman tısbağa Axillesdən bir qədər qabaqda olur. Güman edək ki, Axilles tısbağadan 50 dəfə sürətlə qaçır. Axilles zamanın müəyyən anında tısbağanın start götürdüyü yerə gəlib çatacaqdır, tısbağa bu vaxta qədər Axillesin bu nöqtəyə qədər qət etdiyi məsafənin 1/50 hissəsi qədər məsafəni qət edəcəkdir. Axilles bu yerə çatdığı anda isə tısbağa yenə də onun 1/50 qədər məsafə qət edəcəkdir və bu, beləcə davam edəcəkdir. Tısbağanı Axillesdən ayıran məsafə getdikcə azalacaq. Lakin tısbağa həmişə qabaqda olacaqdır. Elə buna görə də, Axilles heç bir zaman tısbağaya yetişə bilməyəcəkdir .


== Fəlsəfəsi ==

Heraklitə alternativ olan mövqe Parmenid tərəfindən tutulur. Bu, heç də o demək deyildir ki, onun üçün belə bir müddəa mütləq hesab olunurdu: "heç nə dəyişiklik vəziyyətində deyildir". Parmenid təsdiq edir ki, dəyişiklik məntiqi olaraq qeyri-mümkündür. Heraklit üçün olduğu kimi, Parmenid üçün də çıxış nöqtəsini "məntiqilik" təşkil edirdi. Onun arqumentlərini, görünür ki, aşağıdakı qaydada rekonstruksiya etmək olar:
*A)1) Mövcud olan – mövcuddur. Mövcud olmayan – mövcud deyildir.
*2) Mövcud olan – təfəkkürə yatımlıdır. Mövcud olmayan – təfəkkürə yatımlı deyildir.
*B) Dəyişiklik ideyası belə bir gümandan çıxış edir ki, nəsə mövcud olmağa başlayır və nəsə mövcud olmaqdan dayanır. Məsələn, alma yaşıl olmaqdan qalaraq qırmızı olur. Yaşıl rəng yox olur, "mövcud olmayana" çevrilir. Bunun təsiri ilə, biz dəyişikliyi təfəkkürdə ifadə etmək qabiliyyətində deyilik. Bu mühakimələr göstərir ki, düşüncəyə yatmayan dəyişiklik yoxluğu nəzərdə tutur. Deməli, dəyişiklik məntiqi olaraq qeyri-mümkündür.
Əlbəttə ki, bizim hər birimiz kimi həmçinin Parmenid də yaxşı bilirdi ki, bizim hissiyyat orqanlarımız bizə ən müxtəlif dəyişikliklər barədə xəbər verir. Lakin onun qarşısında bir dilemma yaranmışdı. Zəka dəyişikliyin məntiqi olaraq qeyri-mümkünlüyünü deyir. Hislər isə xəbər verir ki, dəyişiklik mövcuddur. Hansına inanmaq olar? Parmenid bir yunan olaraq tam bir əsasla təsdiq edir ki, biz zəkaya inanmalıyıq. Zəka doğrudur, hislər isə bizi aldadır.

Bu nəticəni hələ Parmenidin sağlığında təkzib etməyə çalışmışlar. Deyirlər ki, onun opponentlərindən biri bu nəticələrin mənasız olduğunu göstərməyə səy etmiş və bunun üçün belə bir qaydadan istifadə etmişdir. Parmenid B mülahizəsinə uyğun mülahizəni şərh etdiyi zaman həmin bu opponent ayağa durur və gəzməyə başlayır!
Amma Parmenid tərəfindən irəli sürülən müddəanın nəticələrini də öncə olduğu kimi nəzərdən keçirək. İnsan intellektual tarixdə ilk dəfə olaraq məntiqi təfəkkürün gedişinə və nəticələrinə o qədər etibar etdi ki, hətta bu nəticələrə zidd olan hissi müşahidələr belə onu tərəddüd etməyə məcbur edə bilmədi. Bu nöqteyi-nəzərdən Parmenid sarsılmaz rasionalistlərin ilkini oldu! Bu mənada onun fikirlərinin formal olaraq düzgün olub-olmaması bir o qədər də mühüm deyildir.
Parmenid öz mühakimələri rasional arqumentasiya vasitəsi ilə əsaslandırmaq təklifi sayəsində məntiqi təfəkkürün inkişafına mühüm tövhə verən ilk alim oldu.

== Əsərləri == 
Parmenidin poema janrında yazdığı fəlsəfi əsər bizə qədər demək olar ki, bütövlükdə gəlib çatmışdır. Biz onun haqqında informasiyaya həmçinin  ikinci əl vasitəsi ilə də malikik. Platon Parmenid adı altında bir dialoq yazmışdır.

Parmenid təlimi zəka və hisslər arasında dəfolunmaz sərhədin müəyyənləşdirilməsi ilə tamamlanır. Bu sərhəd sxematik olaraq aşağıdakı qaydada təqdim oluna bilər: zəka / hisslər = varlıq / yoxluq = sükunət / dəyişiklik = vahid / çoxluq.

Başqa sözlə, zəka reallığı sükunətdə olan (və vahid olan) nəsə bir şey kimi qavrayır. Hisslər bizə yalnız qeyri-real olanı, dəyişikliklər (və çoxluq) vəziyyətində olanı verir. Oxşar bölgü və ya dualizm, bir sıra başqa yunan filosoflarına da, məsələn Platona da xasdır. Amma Parmenid, başqa dualistlərin, görünür əksinə olaraq, hisslərə və hissi obyektlərə qarşı o dərəcədə etinasızlıq nümayiş etdirir ki, onları reallıqdan məhrum edilmiş kimi təqdim edir. Hissi obyektlər mövcud deyillər! Əgər bu şərh doğrudursa, onda biz Parmenidi demək olar ki, tam əminliklə monizmin nümayəndəsi hesab edə bilərik. Bu təlimə uyğun olaraq, mövcud olan hər şey birdir, vahiddir, çoxluq isə mövcud deyildir və bu vahid reallıq yalnız zəka vasitəsi ilə dərk oluna bilər, Parmenides''' (yun. ''Παρμενίδης'', təxminən m. ö. 540 – 470) — qədim yunan filosofu, Ksenofanın öyrəncisi, [[Elea məktəbi|Elea]] fəlsəfi məktəbinin nümayəndəsi<ref>[http://enc-dic.com/antwriter/Parmenid-334.html Парменид] // Энциклопедия античных писателей</ref>.

Parmenides [[Efesli Heraklit|Heraklitin]] müasiri olmuşdur. Onun fəlsəfi çiçəklənmə dövrü m. ö. [[E.ə. V əsr|V yüzilliyə]] təsadüf etmişdir. O, cənubi İtaliyanın Elea şəhərində yaşamışdır. Güman olunur ki, Parmenid öz doğma şəhərində ictimai və siyasi həyatda, xüsusən, qanunların hazırlanmasında aktiv iştirak etmiş, çox hörmətli vətəndaş olmuşdur<ref>[http://enc-dic.com/enc_myth/Parmenid-6615.html Парменид] // Энциклопедия мифологии</ref>.

Parmenides '''''“Təbiət haqqında”''''' adlı kitabın yazarı sayılır. Ancaq bu kitabın özü deyil, onun bəzi fraqmentləri dövrümüzə gəlib çatmışdır<ref name=":0">Парменид. Фрагменты. О природе. // Фрагменты ранних греческих философов / Составитель Лебедев А.В.: Наука, 1989, s. 286-298.</ref>. Metafizikanın əsəslarını o qoymuşdur<ref>О’Мара Д. [http://www.nsu.ru/classics/schole/3/3-2-omeara.pdf Трансформация метафизики в поздней античности] // [[Scholae. Философское антиковедение и классическая традиция]]. Т. 3. № 2. 2009. С. 416—432</ref>.

Parmenidesin fəlsəfəsi Heraklitin dünyagörüşünə qarşı yönəlmişdir. Onun fikrincə dünya və bütün varlıq heç bir boşluqları olmayan tam '''''hərəkətsiz kürədən''''' ibarətdir<ref name=":0" />. Beləliklə, Parmenides ilk dəfə yerin kürə olması fikrini irəli sürən düşünürlərdən biri olmuşdur. 

Bu kimi iddialar ondan irəli gəlmişdir ki, Parmenidesin fəlsəfəsində <u>varlıq</u> və <u>yoxluq</u> problemi kəskin olaraq qoyulmuşdur<ref>Парменид. [[:ru:Дильс,_Герман#.D0.A4.D1.80.D0.B0.D0.B3.D0.BC.D0.B5.D0.BD.D1.82.D1.8B_.D1.82.D0.B5.D0.BA.D1.81.D1.82.D0.BE.D0.B2_.D0.B4.D0.BE.D1.81.D0.BE.D0.BA.D1.80.D0.B0.D1.82.D0.B8.D0.BA.D0.BE.D0.B2_.D0.B8_.D0.BD.D1.83.D0.BC.D0.B5.D1.80.D0.B0.D1.86.D0.B8.D1.8F_.C2.AB.D0.BF.D0.BE_.D0.94.D0.B8.D0.BB.D1.8C.D1.81.D1.83-.D0.9A.D1.80.D0.B0.D0.BD.D1.86.D1.83.C2.BB|Фрагмент B 8 DK]].</ref>. Onun fikrincə var olan şey yoxluqdan yarana bilməz. Deməli, var olan şeylər hər zaman mövcuddur. Əks təqdirdə belə çıxır ki, onlar nə vaxtsa olmamışlar. Bu isə imkansızdır. Çünki ''yoxdan nəsə var ola bilməz''. Həmçinin, heç bir şey məhv də ola bilməz. Ona görə ki, bu halda o yenə də yox olmalıdır. Deməli, var olan şeylər hər zaman olacaqdır. 

Hər bir şey əbədi və sonsuzdur. O formasını dəyişə, bir haldan başqasına keçə bilər, ancaq məzmunca hər zaman var olmaqdadır. Beləliklə, Parmenidesə görə gerçək olan yalnız varlıqdır, yoxluq isə yoxdur və onun haqqında düşünülməz<ref name=":0" />. Yoxluq olmadığına görə yaradılış və məhv olma prosesləri də ola bilməz. Belə deyilsə, onda yoxluq anlayışı ortaya çıxır. Bu isə mümkün deyildir. Yoxluğun mümkün olmamağına görə varlıq hərəkətsizdir və birdir. Hərəkət olsa onda deməli o məhvə doğru getməlidir, bu isə var olan bir şeyi yoxluğa gətirib çıxarar. Ona görə də, hərəkət ola bilməz. 

Varlıq vahiddir, hərəkətsizdir və sükunətdədir. Çünki, o hissələrdən ibarət olarsa, onlar bir-birindən ayrıla bilər. Bu isə varlığın məhv olmasına gətirərdi. Həm də varlıqda boşluqlar da yoxdur, çünki olsaydı şeylər hərəkət edərdilər.

Bununla belə, insan hər şeyin dəyişkənliyini və hərəkətdə olmasını görür. Beləliklə, burada duyğularla düşüncələrin qarşıdurması baş verir<ref name=":0" />. Belə olan halda isə düşüncələrə üstünlük verilməlidir, çünki ''<u>“düşünmək və var olmaq eyni şeydir”</u>''<ref name=":0" />. Beləliklə, Parmenides insanları öz duyğularına inanmamağa çağırmışdır və buna görə də tənqidlərə məruz qalmışdır. Onun fəlsəfəsində həqiqət ''idealizmlə'' əvəz olunur ki, bunu da sonra [[Platon]] inkişaf etdirmişdir.

Parmenidesin təsəvvürlərində dünyanın mərkəzində sevgi tanrıcası [[Afrodita]] durur və varlığı idarə edir. O, ruhları görünən və görünməyən dünyalarda yerləşdirmişdir. Hər şey kişi və qadın başlanğıcların (substansiyaların) qovuşmasından yaranır<ref name=":0" />.

== Ədəbiyyat ==

* [[Adil Əsədov]]. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s.
 
* [[Adil Əsədov]]. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi – fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008. 

(contracted; show full)== İstinadlar ==

== Həmçinin bax ==

== Xarici keçidlər ==

[[Kateqoriya:Yunan filosoflar]]
[[Kateqoriya:Yunanıstan filosofları]]