Difference between revisions 3725948 and 3726386 on azwiki

{{İş gedir}}                                                 
'''Həsən Həsənov''' — [[aqronom]].Azərbaycanlı [[aqronom]], pambıq mütəxəsisi. 

== Həyatı ==
Həsənov Həsən Əhməd oğlu [[1943]]-cü il noyabr ayının 25-də Qərbi Azərbaycanda  [[Vedi rayonu]]nun Yellicə kəndinidə anadan olub. [[1950-ci il]]in sentyabrında orta məktəbin birinci sinfinə gedən Həsənov cəmi bir ildən sonra, ermənilərin təhriki və Stalinin əmri ilə  digər soydaşları ilə birlikdə deportasiya olunurlar. [[1951-ci il]]in noyabrında bir günlük yolu bir aya gələn yük vaqonlarından ibarət qatar onları Yevlax dəmir yolu stansiyasına gətirir. Uzun müddət dağ havasında yaşayan didərginlər [[Aran Qarabağ]]ın isti mühitində yaşamalı və fəaliyyət göstərməli olurlar.

Köçürüldükləri [[Bərdə rayonu]] [[Otuzikilər]] kəndində [[1951]]-ci ildən yeddi illik məktəbin ikinci sinfinə getməklə təhsilini davam etdirir. [[1957]]-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olaraq [[1961]]-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirir. Əmək fəaliyyətinə yaşadığı kənddə  [[1961]]-ci ilin noyabr ayında kiçik aqronom işi ilə başlayır. 1971-ci ildə [[Azərbaycan Kənd Təsərrüfatı İnstitutu]]nun meyvə-tərəvəz və üzümçülük fakültəsini bitirərək alim aqronom ixtisası alır.

Həsənov Həsən 1964-1967-ci illərdə hərbi xidmətdə qulluq edib. [[1978]]-ci ildə rayonda inşa edilən bioloji laboratoriyaya direktor təyin edilir. Bu sahədə işləməklə o, potensialını rayon rəhbərliyinə və eləcə də kənd əməkçilərinə daha geniş şəkildə təqdim edə bilir. Azərbaycanda ilk dəfə olaraq [[pambıq]] sovkasına qarşı bioloji mübarizə tədbirləri [[Bərdə rayonu]]nda Həsənovun iştirakı ilə geniş vüsət alır. Təkcə bioloji laboratoriyada yetişdirilən trixoqramma adlı həşəratın tətbiqi ilə kifayətlənməyən Həsənov bioloji preparatların tətbiqi nəticəsində yüksək nəticələr əldə edir.