Difference between revisions 3726386 and 3727308 on azwiki{{İş gedir}} Şəxs |Adı = Həsən Həsənov |Orijinal adı = Həsənov Həsən Əhməd oğlu |Şəkil = Həsən Həsənov (aqronom).jpg |Şəkil miqyası = 250px |Şəkil məlumat = |Digər adı = |Doğum tarixi = {{doğum tarixi və yaşı|1943|11|25}} |Doğum yeri = Qərbi Azərbaycan, [[Vedi rayonu]], Yellicə |Vəfatı = |Vəfat yeri = |Vəfat səbəbi = |Atası = |Anası = |Həyat yoldaşı = |Uşaqları = |Peşəsi = |Vətəndaşlıq = {{AZE}} |Milliyət = |İxtisası = |Təhsili = |Fəaliyyəti = |Fəaliyyət illəri = |Mükafatları = |imdb id = |İmzası = |Sayt = }}⏎ '''Həsən Həsənov''' — Azərbaycanlı [[aqronom]], pambıq mütəxəsisi. == Həyatı == Həsənov Həsən Əhməd oğlu [[1943]]-cü il noyabr ayının 25-də Qərbi Azərbaycanda [[Vedi rayonu]]nun Yellicə kəndinidə anadan olub. [[1950-ci il]]in sentyabrında orta məktəbin birinci sinfinə gedən Həsənov cəmi bir ildən sonra, ermənilərin təhriki və Stalinin əmri ilə digər soydaşları ilə birlikdə deportasiya olunurlar. [[1951-ci il]]in noyabrında bir günlük yolu bir aya gələn yük vaqonlarından ibarət qatar onları Yevlax dəmir yolu stansiyasına gətirir. Uzun müddət dağ havasında yaşayan didərginlər [[Aran Qarabağ]]ın isti mühitində yaşamalı və fəaliyyət göstərməli olurlar. Köçürüldükləri [[Bərdə rayonu]] [[Otuzikilər]] kəndində [[1951]]-ci ildən yeddi illik məktəbin ikinci sinfinə getməklə təhsilini davam etdirir. [[1957]]-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olaraq [[1961]]-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirir. Əmək fəaliyyətinə yaşadığı kənddə [[1961]]-ci ilin noyabr ayında kiçik aqronom işi ilə başlayır. [[1971]]-ci ildə [[Azərbaycan Kənd Təsərrüfatı İnstitutu]]nun meyvə-tərəvəz və üzümçülük fakültəsini bitirərək alim aqronom ixtisası alır. Həsənov Həsən [[1964-]]-[[1967]]-ci illərdə hərbi xidmətdə qulluq edib. [[1978]]-ci ildə rayonda inşa edilən bioloji laboratoriyaya direktor təyin edilir. Bu sahədə işləməklə o, potensialını rayon rəhbərliyinə və eləcə də kənd əməkçilərinə daha geniş şəkildə təqdim edə bilir. Azərbaycanda ilk dəfə olaraq [[pambıq]] sovkasına qarşı bioloji mübarizə tədbirləri [[Bərdə rayonu]]nda Həsənovun iştirakı ilə geniş vüsət alır. Təkcə bioloji laboratoriyada yetişdirilən trixoqramma adlı həşəratın tətbiqi ilə kifayətlənməyən Həsənov bioloji preparatların tətbiqi nəticəsində yüksək nəticələr əldə edir.⏎ ⏎ [[1980-ci il]]də [[Bərdə rayonu]][[]] “Kommunizm” kolxozunun üzvləri tərəfindən kolxoza sədr seçilir. Burada kənd təsərrüfatı sahəsində bir çox yeniliklərə nail olur. Zaqafqaziyada ilk dəfə qarabaşaq əkini aparır və yüksək məhsul götürür. Özbəkistan respublikasından “Daşkənd-2” sortlu limon tingləri gətirərək 2 ha sahədə örtülü limon bağı - limonari salır. Bu gün Bərdə kəndlərində yetişdirilən və yaxşı məhsul verən limon tingləri onun gətirdiyi tinglərin çoxaldılmasının nəticəsidir. Rayonun “Kommunizm” kolxozunda sədr işləyərkən bir neçə dəfə Azərbaycan KPMK-nin 1-ci katibi, ulu öndər [[Heydər Əliyev]]lə görüşmüşdür. [[1993-cü il]]də Bərdə rayon İcra Hakimiyyəti aparatında şöbə müdiri, Rayon Aqrar İslahat İdarəsində baş direktorun birinci müavini və baş direktor vəzifələrində çalışıb. 1998-2013-cü illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bərdə rayon şöbəsinin müdiri vəzifəsində işləyib, hazırda təqaüddədir. == Ailəsi == Ailəlidir, 3 övladı, 6 nəvəsi var. == İstinadlar == <references/> All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=3727308.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|