Difference between revisions 3819413 and 3907220 on azwiki

{{Takson
| adı                       = 
| aləmi                     = Bitkilər
| şəkil                     = Mexmeri germewov.jpg
| şəkil məlumat             = 
| şəkilaltı yazı            = 
| yuxarı takson             = Taxus
| ranqı                     = Növ
| latınca adı               = Taxus baccata
| müəllif                   = [[L.]]
| sinonim                   = 
| tipik nümayəndə           = 
| aşağı takson adı          = 
| aşağı takson              = 
| arealın xəritəsi          = 
| arealın xəritəsi haqqında = 
| arealın xəritəsinin eni   = 
| legend sərhədi            = 
| mühafizə                  = 
| vikinövlər                = Taxus baccata
| vikianbar                 = Category:Taxus baccata
| bttsmb                    = 
| ütmx                      = 194883
| mbmm                      = 25629
| he                        = 
| geiş1                     = taxon
| geiş2                     = 80070
| beabs                      = 
}}Məxməri gərməşov (Euonymus velutina Fisch.et C.A. Mey.) - gərməşovkimilər fəsiləsinə aid bitki növüdür.<ref>Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı-2013.</ref>

Qısa morfoloji təsviri: 1,5-4 m hündürlüyündə koldur. Tumurcuqları yumurtavari, 3-5 mm uzunluğundadır. Yarpaqları uzunsov-ellipsvari və ya tərs –yumurtavari, 2-8 mm uzunluğunda və 1-3,5 sm enindədir; küt və ya itiucludur, kənarlarından xırdadişlidir, damarlar boyu xırda tükcüklüdür; saplağı qısa (1-6 mm) və tükcüklüdür. Çiçək qrupu bəsit və ya çətirvari, qısa qoltuq çiçək oxunda yerləşir. Çiçəkləri dördüzvlü, yaşılımtıl, xırdadır; ləçəkləri 4, uzunsovdur, uc tərəfdən dəyirmi, uzunluğu 3 mm-ə yaxındır; yumurtalığı konusvari, tükcüklüdür. Qozası dərin, 4 dilimli, uc tərəfdən çökəkdir, qanadsızdır, dilimləri dəyirmidir. Toxumu yumurtavari, qonur tamamilə örtüklə əhatə olunmuşdur [2, 4]. 

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: May – iyun aylarında çiçəkləyir, meyvələri avqustda yetişir. Tozlanması entomofildir. Mikrofanerofitdir. Toxum vasitəsilə və vegetativ üsulla çoxalır. Dəniz səviyyəsindən 1800 m yüksəkliyə kimi olan işıqlı meşələrdə, dağ yamaclarında və dərələr boyunca bitir, orta dağ qurşaqlarınadək qalxır. Seyrədilmiş meşələrdə, meşə kənarında, kollar arasında, dağ yamaclarında və vadilərdə dağınıq halda bitir[1, 2]. Dekorativ bitkidir. Yaşıllaşdırmada istifadə olunur. Yarpaqlarında alkalloidlər vardır. Kök qabığındakı kauçukabənzər maddələrin miqdarı 5-7%-dir[1]. 

Yayılması: Kür –Araz ovalığı, Kiçik Qafqazın mərkəzi və cənub hissəsi (Xocavənd), Böyük Qafqazın qərb (Zaqatala Dövlət Təbiət Qoruğu) və şərq hissəsi (İsmayıllı rayonu-Talıstan kəndi), Lənkəran Muğanı, Lənkəranın dağlıq hissəsi (Lənkəran rayonu – Bürcəli və Rvo kəndləri ətrafı; Lerik rayonu –Hamarat kəndi ətrafı) [1, 3]. 

Sayı və tendensiyası: Antropogen amillər populyasiyanın azalmasını sürətləndirir [5]. 

Məhdudlaşdırıcı amillər: Yanğınlar və ağacların qırılması nəticəsində bitmə şəraitinin pozulması, təbii bərpanın zəifliyi. 

Mühafizə tədbirləri: Hirkan Milli Parkında və Zaqatala Dövlət Təbiət Qoruğunda mühafizə olunur. 

'''Ümumi yayılması:''' İran və Оrta Asiyada təbii yayılma sahəsi vardır.  Azərbaycanda yayılması: Ismayıllı-Zaqatala, Lənkəran-Astara, Gədəbəy bölgələrində yayılmışdır.

'''Statusu:''' Azərbaycanın nadir, relikt bitki növüdür. VU A1ac; B1b(i,ii).

'''Bitdiyi yer:''' Meşə kənarlarında, dağ yamaclarında işıq düşən yerlərdə rast gəlinir. Dəniz səviyyəsindən 1500–1800 m  arasında  hündürlüklərədək bitə  bilir.

(contracted; show full)

== İstinadlar ==
 {{İstinad siyahısı}}

*[[Tofiq Məmmədov (botanik)|Tofiq Məmmədov]], Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.