Difference between revisions 3945679 and 4096844 on azwiki'''Kür çökəkliyi fiziki-coğrafi vilayəti''' — Azərbaycanın fiziki-coğrafi vilayəti. ==Ümumi məlumat== Kür çökəkliyi vilayəti Böyük və [[Kiçik Qafqaz]] dağlarının arasında yerləşir və respublika ərazisinin 1/3-ni əhatə edir. Vilayətin sahəsi şimal-qərbdən (Qarayazı düzündən) cənub-şərqə (Xəzər sahillərinə qədər) doğru genişlənir. Vilayətdə Gəncə-Qazax, Qarabağ, [[Şirvan düzü|Şirvan]], [[Muğan düzü|Muğan]], Mil, [[Salyan rayonu|Salyan]], Cənub-Şərqi Şirvan və Arazboyu (Hərami, Gəyən və s.) düzləri yerləşir. Kaynozoy yaşlı (xüsusilə, Dördüncü dövr) çöküntülər üstünlük təşkil edir. Vilayətin qərbindəki dağ ətəyi düzənliklərdə (Şirvan, Qarabağ, Mil) çayların gətirdiyi çöküntülər, şərqində isə dəniz çöküntüləri üstünlük təşkil edir. Vilayət neft, təbii qaz, müxtəlif tikinti materialları ehtiyatlarına malikdir. Dünyada yeganə müalicə nefti də burada (Naftalanda) yerləşir. Geoloji vahidləri - Şirvan, Cənub-Şərqi Şirvan, [[Qarabağ]], Mil, [[Muğan düzü|Muğan]], [[Salyan rayonu|Salyan]], Gəncə-[[Qazax]] düzənlikləri, [[Acınohur- Ceyrançöl öndağlığı fiziki- coğrafi rayonu|Acınohur-Ceyrançöi ön dağlığı,]] Qanıx-Əyriçay vadisi. Faydalı qazıntıları - neft-qaz, tikinti materialları, [[Naftalan sanatoriyası|Naftalan müalicə]] nefti, palçıq vulkanları, vilayət çökmə süxurlardan təşkil olunduğundan filiz yataqları yoxdur. == Iİqlimi == Vilayətdə Qanıx-Əyriçay vadisini çıxmaq şərti ilə yalnız bir iqlim tipi - qışı mülayim, yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi (quru subtropik) hakimdir. Orta illik temperatur +140C, orta illik yağıntı 200–1000 mm-dir. Qanıx-Əyriçay Azərbaycanın 2-ci rütubətli subtropik zonası olub, vilayətin ən çox yağıntı alan sahəsidir. == Daxili suları == (contracted; show full)# Acınohur-Ceyrançöl rayon # Alazan-Əyriçay rayonu # Qazax-Qarabağ rayonu # Küdrü-Şirvan rayonu # Arazboyu maili düzənliklər rayonu # Mərkəzi Aran rayonu == Həmçinin bax == * [[Azərbaycan coğrafiyasıAşağı Kür çökəkliyi == Qərbdə Kiçik Qafqaz dağlarından şərqdə Xəzər dənizinə qədər, şimalda Böyük Qafqaz dağlarından cənubda Talış dağlarının ətəklərinə kimi olan geniş düzənlik ərazi Kür-Araz ovalığı adlanır. Ümumi sahəsi 21,8 min km<sup>2</sup>-dir. Bu da Azərbaycan respublikası ərazisinin 25% - nə bərabərdir. Kür və Araz çayları ovalığda bir-birindən ekocoğrafi xüsusiyyətlərinə görə fərqlənən düzənliklər arasında əsasən sərhəd hesab edilir. Burada Qarabağ düzü (3250 km<sup>2</sup>), Mil düzü (3690 km<sup>2</sup>), Muğan düzü (4780 km<sup>2</sup>), Şirkan düzü (6800 km<sup>2</sup>), Cənub-Şərqi Şirvan düzü(1800km<sup>2</sup>) və Salyan düzü (1440 km<sup>2</sup>) ayrılır. Ovalığın səthi əsasən yastı, az meyilli, hamar relyef ə malikdir. Dağətəyinə bitişik hissələrdə düzənliyin səthinin meyilliyi və mütləq hündürlüyü nisbətən artırır və relyef allüvial mənşəli çöküntülərdən ibarət gətirmə konusları ilə mürəkkəbləşir. Ovalığın müasir relyefində ekzogen mənşəli qədim və müasir çay dərələri, axmaz göl çayları, çayboyu və dəniz sahili tirələr, basdırılmış qalxmalara uyğun gələn formalar, antropogen mənşəli çay sahili bəndlər, kanallar, kollektor-drenaj sistemi və s. rast gəlinir. Kür - Araz ovalığının əsas hissəsi okean səviyyəsindən aşağıda yerləşib, müvafiq tektonik çökmə ərazisinin 35% - nə bərabərdir. Ovalığın şimalında dördüncü dövrdə formalaşmağa başlamış Ceyrançöl - Acınohur alçaq dağlığının şərqə davamı olan Qaraməryəm tirəsi fəal tektonik qalxmaya məruz qaldığı vaxt Göyçay, Girdimançay və s. çaylar vasitəsi ilə kəsilmiş və hissələrə bölünmüşdür. Bu görünüşünə görə ona "pəncərə" deyilir. Böyük və Kiçik Qafqaz dağlarındn başlayan bir sıra çaylar - Turyan çay , Qarqara çay, Tərtər çay, Göyçay, Girdimançay və s. düzənliyə çıxdığı yerdə relyefdə aydın seçilən gətirmə konusları yaratmışlar. Gətirmə konuslarının və konuslararası çökəkliklərin landşaft ekoloji xüsusiyyətləri və mənimsənilmə vəziyyəti bir-birindən kəskin fərqlənir. Burdakı əsas seliteb landşaftlar və onların konfiqurasiyası gətirmə konuslarının səthinə uyğun gəlir. Kür-Araz ovalığı , geoloji quruluşuna görə tektonik çökmə sahəsində yerləşən akkumlyativ düzənlikdir. Ərazinin şərq hissəsində əsasən dəniz çöküntüləri, Kür və Araz çayları boyunca, qədim çay dərələrində allüvial çöküntülər, dağətəyinə yaxın hissələrdə isə allüvial-dellüvial, dellüvial-prolüvial çöküntülər geniş yayılmışdır. == Həmçinin bax == * [[Azərbaycan coğrafiyası]] * [[Kür-Araz ovalığının landşaftları]] * [[Kür-Araz (Mərkəzi Aran) fiziki-coğrafi rayonu]] {{Azərbaycan-qaralama}} == İstinadlar == <references/> ==Xarici keçid== {{Azərbaycan ərazisinin fiziki-coğrafi rayonlaşdırılması}} [[Kateqoriya:Azərbaycan coğrafiyası]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikipedia.org/w/index.php?diff=prev&oldid=4096844.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|