Difference between revisions 4096844 and 4096845 on azwiki

'''Kür çökəkliyi fiziki-coğrafi vilayəti''' —  Azərbaycanın fiziki-coğrafi vilayəti.

==Ümumi məlumat==
Kür çökəkliyi vilayəti Böyük və [[Kiçik Qafqaz]] dağlarının arasında yerləşir və respublika ərazisinin 1/3-ni əhatə edir. Vilayətin sahəsi şimal-qərbdən (Qarayazı düzündən) cənub-şərqə (Xəzər sahillərinə qədər) doğru genişlənir. Vilayətdə Gəncə-Qazax, Qarabağ, [[Şirvan düzü|Şirvan]], [[Muğan düzü|Muğan]], Mil, [[Salyan rayonu|Salyan]], Cənub-Şərqi Şirvan və Arazboyu (Hərami, (contracted; show full)

Kür-Araz ovalığı , geoloji quruluşuna görə tektonik çökmə sahəsində yerləşən akkumlyativ düzənlikdir. Ərazinin şərq hissəsində əsasən dəniz çöküntüləri, Kür və Araz çayları boyunca, qədim çay dərələrində allüvial çöküntülər, dağətəyinə yaxın hissələrdə isə allüvial-dellüvial, dellüvial-prolüvial çöküntülər geniş yayılmışdır. 
<ref>Azərbaycan respublikasının coğrafiyası. III cild “Regional coğrafiya”. (müəlliflər: Əlizadə E.K., Tarixazər S.Ə.). Bakı, 2015, s.45</ref>

== Həmçinin bax ==
* [[Azərbaycan coğrafiyası]]
* [[Kür-Araz ovalığının landşaftları]]
* [[Kür-Araz (Mərkəzi Aran) fiziki-coğrafi rayonu]]

{{Azərbaycan-qaralama}}

== İstinadlar ==
<references/>

==Xarici keçid==
{{Azərbaycan ərazisinin fiziki-coğrafi rayonlaşdırılması}}
[[Kateqoriya:Azərbaycan coğrafiyası]]