Difference between revisions 4187144 and 6076045 on azwiki

'''Kür çökəkliyi fiziki-coğrafi vilayəti''' —  Azərbaycanın fiziki-coğrafi vilayəti.

==Ümumi məlumat==
Kür çökəkliyi vilayəti Böyük və [[Kiçik Qafqaz]] dağlarının arasında yerləşir və respublika ərazisinin 1/3-ni əhatə edir. Vilayətin sahəsi şimal-qərbdən (Qarayazı düzündən) cənub-şərqə (Xəzər sahillərinə qədər) doğru genişlənir. Vilayətdə Gəncə-Qazax, Qarabağ, [[Şirvan düzü|Şirvan]], [[Muğan düzü|Muğan]], Mil, [[Salyan rayonu|Salyan]], Cənub-Şərqi Şirvan və Arazboyu (Hərami, (contracted; show full)

== Torpaq örtüyü ==
Torpaqları - boz, [[Boz-qonur torpaqlar|boz-qonur]], boz-çəmən, açıq şabalıdı, şoran və s. [[Pambıq]], [[taxıl]], üzüm əkilir. Qış otlağı kimi istifadə olunur. Son illər əkin sahələri və yaşayış məntəqələri genişləndiyindən qış otlaqlarının sahəsi azalır.

== Landşaftları ==
Vilayətin əsas hissəsini yarımsəhra və quru çöllər; Kür sahillərində [[Tuqay meşələri|tuqay meşə]]
<nowiki/>ləri, [[Alazan-Həftəran vadisi|Qanıx-Əyriçay]]<nowiki/>da düzən meşələri formalaşıb. Vilayətdə düzən relyefin üstünlüyü, qışın mülayim, şaxtasız keçməsi, fəal temperaturun yüksək olması ərazinin mənimsənilməsini asanlaşdırır.

== Qoruqları ==
# [[Ağgöl Milli Parkı|Ağgöl]]
# Elləroyuğu
# [[Qarayazı Dövlət Təbiət Qoruğu|Qarayazı]]
# [[Şirvan Milli Parkı|Şirvan]]
# [[Qızılağac Dövlət Təbiət Qoruğu|Qızılağac]]
# [[Türyançay Dövlət Təbiət Qoruğu|Türyançay]]
Problemləri. Vilayətdə quraqlıq olduğundan ərazi suvarılır. Nəticədə qrunt sularının səviyyəsi yüksəlir və şoranlıqlar yaranır. Torpaqları yumaq və kollektor-drenaj şəbəkəsi çəkməklə bu şoranlıqlara qarşı mübarizə aparılır.

Kür vilayətində 6 fiziki-coğrafi rayonlar vardır:
# Acınohur-Ceyrançöl rayon
# Alazan-Əyriçay rayonu
# Qazax-Qarabağ rayonu
# Küdrü-Şirvan rayonu
# Arazboyu maili düzənliklər rayonu
# Mərkəzi Aran rayonu

== Aşağı Kür çökəkliyi ==
Qərbdə [[Kiçik Qafqaz]] dağlarından şərqdə [[Xəzər dənizi|Xəzər dəniz]]<nowiki/>inə qədər, [[Şimal|şima]]<nowiki/>lda [[Böyük Qafqaz]] dağlarından cənubda [[Talış dağları|Talış dağlar]]ının ətəklərinə kimi olan geniş düzənlik ərazi [[Kür]]-[[Araz]] ovalığı adlanır. Ümumi sahəsi 21,8 min km<sup>2</sup>-dir. Bu da [[Azərbaycan Respublikası|Azərbaycan respublikası]] ərazisinin 25% - nə bərabərdir. [[Kür]] və [[Araz çayı|Araz ça]]<nowiki/>yları ovalığda bir-birindən ekocoğrafi xüsusiyyətlərinə görə fərqlənən düzənliklər arasında əsasən sərhəd hesab edilir. Burada [[Qarabağ düzü|Qarabağ düz]]ü (3250  &nbsp;km<sup>2</sup>), [[Mil düzü]] (3690  &nbsp;km<sup>2</sup>), [[Muğan düzü]] (4780  &nbsp;km<sup>2</sup>), [[Şirvan düzü]] (6800  &nbsp;km<sup>2</sup>), Cənub-Şərqi Şirvan düzü(1800&nbsp;km<sup>2</sup>) və [[Salyan düzü]] (1440  &nbsp;km<sup>2</sup>) ayrılır.

[[Ovalıq|Ovalığ]]ın səthi əsasən yastı, az meyilli, hamar [[relyef]] ə malikdir. Dağətəyinə bitişik hissələrdə düzənliyin səthinin meyilliyi və mütləq hündürlüyü nisbətən artırır və [[Relyef|relye]]<nowiki/>f allüvial mənşəli çöküntülərdən ibarət gətirmə konusları ilə mürəkkəbləşir. Ovalığın müasir relyefində ekzogen mənşəli qədim və müasir çay dərələri, axmaz göl çayları, çayboyu və dəniz sahili tirələr, basdırılmış qalxmalara uyğun gələn formalar, antropogen mənşəli [[Çay (dəqiqləşdirmə)|çay]] sahili bəndlər, kanallar, [[Drenaj|kollektor-drenaj sistem]]<nowiki/>i və s. rast gəlinir. [[Kür]] - [[Araz vadisi|Araz]] ovalığının əsas hissəsi [[okean]] səviyyəsindən aşağıda yerləşib, müvafiq tektonik çökmə ərazisinin 35% - nə bərabərdir. [[Ovalıq|Ovalığ]]ın şimalında dördüncü dövrdə formalaşmağa başlamış Ceyrançöl - [[Acınohur kadastr rayonu|Acınohur]] alçaq dağlığının şərqə davamı olan [[Qaraməryəm]] [[tirə]]<nowiki/>si fəal tektonik qalxmaya məruz qaldığı vaxt [[Göyçay]], [[Girdimançay|Girdimança]]<nowiki/>y və s. çaylar vasitəsi ilə kəsilmiş və hissələrə bölünmüşdür. Bu görünüşünə görə ona "pəncərə" deyilir. Böyük və Kiçik Qafqaz dağlarındn başlayan bir sıra çaylar - [[Türyançay (çay)|Turyan ça]]<nowiki/>y , [[Qarqarçay|Qarqara çay]], [[Tərtərçay|Tərtər ça]]<nowiki/>y, [[Göyçay rayonu|Göyçay,]] [[Girdimançay]] və s. düzənliyə çıxdığı yerdə relyefdə aydın seçilən gətirmə konusları yaratmışlar. Gətirmə konuslarının və konuslararası çökəkliklərin [[landşaft]] ekoloji  xüsusiyyətləri və mənimsənilmə vəziyyəti bir-birindən kəskin fərqlənir. Burdakı əsas seliteb [[landşaft]]<nowiki/>lar və onların konfiqurasiyası gətirmə konuslarının səthinə uyğun gəlir.  

[[Kür-Araz ovalığı]] , geoloji quruluşuna görə [[Çökmə süxurların təsnifatı|tektonik çökmə]] sahəsində yerləşən akkumlyativ düzənlikdir. Ərazinin şərq hissəsində əsasən dəniz çöküntüləri, Kür və Araz çayları boyunca, qədim [[çay dərələri]]<nowiki/>ndə [[Allüvial çöküntülər|allüvial çöküntü]]<nowiki/>lər, dağətəyinə yaxın hissələrdə isə allüvial-dellüvial, dellüvial-[[prolüvial]] çöküntülər geniş yayılmışdır. <ref>Azərbaycan respublikasının coğrafiyası. III cild “Regional coğrafiya”. (müəlliflər: Əlizadə E.K., Tarixazər S.Ə.). Bakı, 2015, s.45</ref>

== Həmçinin bax ==
* [[Azərbaycan coğrafiyası]]
* [[Kür-Araz ovalığının landşaftları]]
* [[Kür-Araz (Mərkəzi Aran) fiziki-coğrafi rayonu]]

== İstinadlar ==
{{İstinad siyahısı}}

{{Azərbaycan ərazisinin fiziki-coğrafi rayonlaşdırılması}}


[[Kateqoriya:Azərbaycan coğrafiyası]]