Difference between revisions 6076045 and 6511466 on azwiki

'''Kür çökəkliyi fiziki-coğrafi vilayəti''' —  Azərbaycanın fiziki-coğrafi vilayəti.

==Ümumi məlumat==
Kür çökəkliyi vilayəti Böyük və [[Kiçik Qafqaz]] dağlarının arasında yerləşir və respublika ərazisinin 1/3-ni əhatə edir. Vilayətin sahəsi şimal-qərbdən (Qarayazı düzündən) cənub-şərqə (Xəzər sahillərinə qədər) doğru genişlənir. Vilayətdə Gəncə-Qazax, Qarabağ, [[Şirvan düzü|Şirvan]], [[Muğan düzü|Muğan]], Mil, [[Salyan rayonu|Salyan]], Cənub-Şərqi Şirvan və Arazboyu (Hərami, (contracted; show full)n aşağıda yerləşib, müvafiq tektonik çökmə ərazisinin 35% - nə bərabərdir. [[Ovalıq|Ovalığ]]ın şimalında dördüncü dövrdə formalaşmağa başlamış Ceyrançöl - [[Acınohur kadastr rayonu|Acınohur]] alçaq dağlığının şərqə davamı olan [[Qaraməryəm]] [[tirə]]si fəal tektonik qalxmaya məruz qaldığı vaxt [[Göyçay]], [[Girdimançay|Girdimança]]y və s. çaylar vasitəsi ilə kəsilmiş və hissələrə bölünmüşdür. Bu görünüşünə görə ona "pəncərə" deyilir. Böyük və Kiçik Qafqaz dağlarındn başlayan bir sıra çaylar - [[T
üuryançay (çay)|Turyan ça]]y ]], [[Qarqarçay|Qarqara çay]], [[Tərtərçay|Tərtər ça]]y, [[Göyçay rayonu|Göyçay,]] [[Girdimançay]] və s. düzənliyə çıxdığı yerdə relyefdə aydın seçilən gətirmə konusları yaratmışlar. Gətirmə konuslarının və konuslararası çökəkliklərin [[landşaft]] ekoloji  xüsusiyyətləri və mənimsənilmə vəziyyəti bir-birindən kəskin fərqlənir. Burdakı əsas seliteb [[landşaft]]lar və onların konfiqurasiyası gətirmə konuslarının səthinə uyğun gəlir.

[[Kür-Araz ovalığı]] , geoloji quruluşuna görə [[Çökmə süxurların təsnifatı|tektonik çökmə]] sahəsində yerləşən akkumlyativ düzənlikdir. Ərazinin şərq hissəsində əsasən dəniz çöküntüləri, Kür və Araz çayları boyunca, qədim [[çay dərələri]]ndə [[Allüvial çöküntülər|allüvial çöküntü]]lər, dağətəyinə yaxın hissələrdə isə allüvial-dellüvial, dellüvial-[[prolüvial]] çöküntülər geniş yayılmışdır. <ref>Azərbaycan respublikasının coğrafiyası. III cild “Regional coğrafiya”. (müəlliflər: Əlizadə E.K., Tarixazər S.Ə.). Bakı, 2015, s.45</ref>

== Həmçinin bax ==
* [[Azərbaycan coğrafiyası]]
* [[Kür-Araz ovalığının landşaftları]]
* [[Kür-Araz (Mərkəzi Aran) fiziki-coğrafi rayonu]]

== İstinadlar ==
{{İstinad siyahısı}}

{{Azərbaycan ərazisinin fiziki-coğrafi rayonlaşdırılması}}

[[Kateqoriya:Azərbaycan coğrafiyası]]