Difference between revisions 5125902 and 5191508 on azwiki

{{qaralama}}
{{vikiləşdirmək}}
{{qaralamamənbə azlığı}}
Füzuli rayonunda erməni işğalçılarına qarşı yaradılan ilk könüllü batalyon 1991-ci ilin Noyabr ayında yaradılan 814 saylı ərazi özünümüdafiə batalyonu idi. Batalyona ilk olaraq Bəybala Qarayevi komandir təyin etdilər. Sonralar batalyonun komandiri AXC-nin Füzuli rayon şöbəsinin sədri Mobil Yusifov oldu. 1992-ci ilin əvvəlində isə bu batalyondan başqa Füzuli rayonunda erməni işğalçılarına qarşı döyüşən daha iki könüllü batalyon, 839 saylı Tuğ batalyonu (komandir - Rasim İbrahimov) və 848 saylı Axullu özün(contracted; show full)

1993-cü ilin ağır məğlubiyyətlərindən sonra, 1993-cü ilin Noyabrın 16-da briqadaya Şair Ramaldanov komandir təyin edildi və qarşıdakı hücum əməliyyatına hazırlaşmaq üçün hərbi hissə Seyfəli təlim mərkəzinə göndərildi. 40 günlük hərbi təlimlərdən sonra 1993-cü ilin Dekabrın 26-da 702 saylı hərbi hissə yenidən Füzuli cəbhəsinə gətirilərək milli ordumuzun Horadiz hücum əməliyyatında iştirak etdi.