Difference between revisions 18188 and 18190 on azwikisource

[[en:Category:[[en:Category:]]]]                                                                   Xeyrulla XƏYAL
ƏBÜLFƏZ ELÇİBƏYİN ÖLÜMÜNƏ

Rus qəzetlərindən kifirlik yağır,
Qaradır hər sətrin üzü, həm altı.
Çeçen savaşında itkilər ağır,
Uçarlar vurulur, gəmilər batır.

(contracted; show full)Elçibəy, qəbrin də qərib görünər.

Məzarçı! Mərmər yox, qan-tər hopulu,
Daş gətir Qaradağ karxanasından.
Vaxt gələr açılar Qarabağ yolu – 
Bir sıxım torpaqçın yer də saxla sən...

                                                   23. 08 – 16.09. 2000 Samara