Difference between revisions 18901 and 18902 on azwikisource

'''BABƏK HÜRRƏMI''' - M Ü Q Ə D D Ə S  İ D E A L L A R I N  B Ö Y Ü K   S A H İ B ÜQƏDDƏS İDEALLARIN BÖYÜK SAHİBİ

'''Elçin Bayramlı''', Bakı, 2005.

e l m i - f ə l s ə f i   t a r i x i   m o n o q r a f i y a

'''Tarixi faciələrimizin kökündə yalnız bir amil dayanır- xəyanət !'''

Azərbaycan tarixində ən mühüm kəsimlərdən olan Hürrəmilər Hərəkatı dövrü xalqımızın qəhrəmanlıq səlnaməsində ən şərəfli yerlərdən birini tutur. Bu dövr haqda etibarlı və ədalətli tarixi mənbələr isə demək olar ki,  yox dərəcəsindədir.

“Islam dövrlərində əsərlər yazan ərəb və  fars  tarixçiləri  bəzi  hərəkatların mahiyyətini və məqsədini düşünə bilməmişlər. Buna  görə də, bu hərəkatlara başçılıq edənləri bədməzhəb, dinsiz, kafir adlandırıb, onların möhtərəm  adını, əziz xatirəsini çirkin töhmət və iftiralarla bulamış, məqsədlərini, ideologiyalarını yalan sözlərlə təhrif etmişlər. Belə bir iş Babək Hürrəmi haqqında da görülmüşdür”. İran şərqşünası Səid Nəfisi

== P R O L O Q ==

Ərəb işğalından çox minillər qabaq Azərbaycan Zərdüştlüyün mərkəzi olmuş, ilk Müqəddəs Kitab-“Avesta” Tanrı tərəfindən bu torpağa göndərilmiş, on10 min ildən çox yaşıə yaxın tarixi olan ən qədim təktanrıçılıq dininin əsas məbədləri burada tikilmiş, Zürdüştlüyün kahinləri- müqəddəs maqlar burada yaşamışlar. Minillər boyu möhtəşəm mədəniyyət nümunələri yaradan, ilk əlifba və dilin, ədəbiyyatın, incəsənətin, memarlığın, saz, muğam kimi ilahi musiqinin, idman oyunlarının, teatrın və kütləvi el şənliklərinin təşəkkül tapdığı Odlar Yurdunun əryan (ari) köklü sakinləri, bəşər sivilizasiyasının beşiyi hesab ediləklərindən olan Azərbaycanda tarix boyu unudulmaz qəhrəmanlıq nümunələri nümayiş etdiriblər. Belə nümunələrdən ən möhtəşəmi VIII əsrin ortalarından IX əsrin ortalarınadək yüzillik tarixi əhatə edən milli-mənəvi-sosial azadlıq mübarizəsi- Hürrəmilər Hərəkatı- dövründə göstərilib.

Hürrəmilər Hərəkatı xalqımızın milli-mənəvi, tarixi-mədəni kökləri üzərində formalaşan müstəqil dövlətçilik ənənələrinin, eləcə də milli mədəniyyətin, dini-fəlsəfi ideologiyanın yenidən bərpa olunmasına gətirib çıxaran, azı 1 milyon kv.km.-lik nəhəng tarixi ərazimizi əhatə edən və təxminən 1 əsrlik zaman müddətində davam edən möhtəşəm bir milli qəhrəmanlıq tarixidir. Bu zaman kəsiyinin son 22 ili- Babəkin hakimiyyəti dövrü- Hərəkatın pik nöqtəs(contracted; show full)

Monoqrafiyada türk, ərəb, fars, rus və Avropa tarixçilərinin əsərlərindən, akademik Ziya Bünyadovun tədqiqatlarından və bir sıra digər mənbələrdən istifadə edilib.

07.09.05. Bakı

[[Kateqoriya:Tarix]]