Difference between revisions 18902 and 18903 on azwikisource'''BABƏK HÜRRƏMI''' - MÜQƏDDƏS İDEALLARIN BÖYÜK SAHİBİ '''Elçin Bayramlı''', Bakı, 2005. e l m i - f ə l s ə f i t a r i x i m o n o q r a f i y a (contracted; show full)an Adsini on minlik qoşunla ərəb ordusunun yolunu kəsməyə göndərdi. Adsin düşmənin qüvvələrini və mövqeyini düzgün qiymətləndirmədiyindən məğlubiyyətə uğrayaraq Bəzzə çəkildi. Ölkənin paytaxtına doğru irəliləyən düşməni saxlamaq üçün göstərilən sonuncu cəhd də uğursuzluqla nəticələndi. Bəzzə yaxınlaşan Afşin öz mövqelərini strateji əhəmiyyətli üç dağda möhkəmləndirdi və şəhəri uzun müddət mühasirədə saxlamaq məqsədilə düşərgəsini iri daşlarla hördürdü. == IX FƏSİL == MÜQƏDDƏS İDEALLAR UĞRUNDA SON DÖYÜŞ rtertertertreterterterterterrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrreeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeertreeeeeereBəzz şəhəri xalqımızın qədim ənənələrinə uyğun şəkildə əvvəlki qaydada yaşamağında idi. Yenə də oradan ətrafa Tanrını tərənnüm edən musiqi sədaları yayılır, sarayların və qalaların üzərində qırmızı bayraqlar dalğalanırdı. Qırmızı geyimli azərhürrəmilərin şənlik məclisləri gecə yarıya qədər davam edir, hərdən də Hürrəmi döyüşçüləri qaladan çıxmağa cəhd göstərirdilər. Bu cəhdlərin hamısı uğursuz nəticələnirdi. Lakin, Cəfər ibn Dinarın qalaya hücumu da uğursuz oldu. Və bBu hücumun qarşısını alan Babəkin qələbəyə ümidi artdı. O, cəsur bir addım atmağa qərar verdi. Qısa müddətdə yeni taktiki plan hazırlandı. Bu əməliyyatın baş tutacaqı təqdirdə Afşinin bütün qoşunu məhv edilməli idi. (Nəzərə alsaq ki, həmin vaxt xilafətin bütün ordusu elə burada- Azərbaycanda idi, onda bu ərəb xilafətinin məhvi olacaqdı.) Afşinin növbəti hücumundan qabaq Babək Adsinin başçılıq elədiyi ordunu yaxınlıqdakı dağların arxasına göndərdi və onlar meşələrdə gizləndilər. Lakin xəyanət tarixi davam edi(contracted; show full) Monoqrafiyada türk, ərəb, fars, rus və Avropa tarixçilərinin əsərlərindən, akademik Ziya Bünyadovun tədqiqatlarından və bir sıra digər mənbələrdən istifadə edilib. 07.09.05. Bakı [[Kateqoriya:Tarix]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?diff=prev&oldid=18903.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|