Difference between revisions 18903 and 18904 on azwikisource

'''BABƏK HÜRRƏMI''' - MÜQƏDDƏS İDEALLARIN BÖYÜK SAHİBİ

'''Elçin Bayramlı''', Bakı, 2005.

e l m i - f ə l s ə f i   t a r i x i   m o n o q r a f i y a



(contracted; show full)
Tarix xalqın gen yaddaşıdır. Azərbaycan Türklərinin yaddaşında isə, öz qutsal idealları ilə birlikdə möhtəşəm bir tarixi şəxsiyyət əbədi yaşayacaqdır.

'''BU BABƏKDIR MÜQƏDDƏS IDEALLARIN BÖYÜK SAHIBI - B A B Ə K   H Ü R R Ə M I'''
== EPİLOQ ==
Azərbaycan tarixində ən qüdrətli dövlət xadimi, ən nüfuzlu strateq, azadlıq somvolu Babək Hürrəmi haqda əsil həqiqətlər hələ də tam açılmayıb, daha doğrusu xalqa təqdim olunmayıb. Sovet dövründə onunla bağlı b
eədii film çeəkilib, kitablar yazılıb, heykəllər qioyulub, adına küçə, meydan, şəhər və rayon verilib. Müstəqillik dövründə isə, bu mövzu  diqqətdən kənarda qalır. Halbuki, indi bizim belə bir qəhrəmana həmişəkindən daha çox ehtiyacımız var. Babək hər bir Azərbaycanlı üçün əsil vətənpərvərlik nümunəsidir. Paytaxtımızda yüzlərlə heykəl və abidələr ucalsa da (onların ararsında xalqımızın düşmənləri də var), Babəkin abidəsinə hələ də yer tapılmır. Bu olduqca təəssüfdoğurucu və anlaşılmaz haldır. Təəssüfdoğrucu məqamlardan biri də, bəzi ərəb və fars əlaltılarının əli ilə mətbuatda Babək və Hürrəmi Hərəkatı haqda qeyri-obyektiv, qərəzli yazıların dərcidir. Amma bundan da narahat olmağa dəyməz.  Gec-tez haqq öz yerini tapacaq və əsil tarixi həqiqətlər ortaya qoyulacaq. O zaman Azərbaycan xalqının şərəfli tarixini ləkəmək istəyində olanlar, bu xalqın dahilərinə qara yaxanlar haqq divanına çəkiləcək. 

Monoqrafiyada türk, ərəb, fars, rus və Avropa tarixçilərinin əsərlərindən, akademik Ziya Bünyadovun tədqiqatlarından və bir sıra digər mənbələrdən istifadə edilib.

07.09.05. Bakı

[[Kateqoriya:Tarix]]