Difference between revisions 18904 and 18905 on azwikisource

'''BABƏK HÜRRƏMI''' - MÜQƏDDƏS İDEALLARIN BÖYÜK SAHİBİ

'''Elçin Bayramlı''', Bakı, 2005.

e l m i - f ə l s ə f i   t a r i x i   m o n o q r a f i y a



(contracted; show full)

== III  FƏSİL ==
AZƏRBAYCANA ƏRƏB TƏCAVÜZÜ

Beləliklə, VII əsrin ortalarında xilafət orduları Azərbaycana soxulmuşdu və ciddi müqavimətə baxmayaraq ölkənin cənub vilayətləri tamamilə işğal olunmuşdu. Bundan sonra ərəblərlə Azərbaycan 
türklərixalqı arasında 60 ilə yaxın davam edən lokal savaşlar dövrü başlamışdı. 705-ci ildə ərəblər uzun sürən savaş və qırğınlardan sonra, bu vaxtadək müstəqilliyini saxlaya bilmiş Şimali Azərbaycan dövlətinin- Albaniyanın da müstəqilliyinə son qoymuşdular. Bundan sonra Azərbaycan əraziləri üstündə dəhşətli dağıntılar və fəakətlərlə müşayiət olunan ərəb-xəzər müharibələri ölkəni xarabazara çevirmiş, əhalini dilənçi kökünə salmışdı.
(contracted; show full)ntlıq məsələsi hələ çox minillər qabaq Tanrının Müqəddəs Kitabı “Avesta”da təsbit olunmuşdu: “Ey Mazda, dünyanın başlanğıcında bizim üçün din yaratdın. Ruha bədən qəlibini verdin, ona özünə xas olan ağıl xüsusiyyətini bağışladın, davranış öyrətdin ki, hər kəs sərbəstliklə öz dinini seçib qəbul etsin” (“Avesta”-Yasna 31-ci hat, “Ahnavaydqat”-11). Xalqımızın qədim dövrlərdən bu günədək qoruyub saxladığı mənəvi dəyərləri, o cümlədən, milli və dini dözümlülüyü indi də dünyanı heyran qoymaqdadır...

Azərbaycan 
türklərinixalqının ta qədimdən sülhsevər və humanist olduğunu hətta, ərəb tarixçiləri də etiraf ediblər.  İbn ən-Nədim yazır: “Hürrəmilərin dini etiqadında qətl, əzab və savaş yox idi, onlar bütün bunların nə olduğunu bilmirdilər”. Amma xilafətin Azərbaycana qarşı həyata keçirdiyi siyasət artıq milli genofonda və qədim ənənələrə təcavüz olduğundan yüksək mədəniyyətə, ulu dilə, mükəmməl elmi-fəlsəfi biliklərə malik Azərbaycan xalqı buna dözməyərək ağır və qeyri-bərabər mübarizəyə qalxdı. Beləliklə, Hürrəmi Hərəkatının əsasın(contracted; show full)

Monoqrafiyada türk, ərəb, fars, rus və Avropa tarixçilərinin əsərlərindən, akademik Ziya Bünyadovun tədqiqatlarından və bir sıra digər mənbələrdən istifadə edilib.

07.09.05. Bakı

[[Kateqoriya:Tarix]]