Difference between revisions 18905 and 18907 on azwikisource'''BABƏK HÜRRƏMI''' - MÜQƏDDƏS İDEALLARIN BÖYÜK SAHİB Ü Q Ə D D Ə S İ D E A L L A R I N B Ö Y Ü K S A H İ B İ '''Elçin Bayramlı''', Bakı, 2005. e l m i - f ə l s ə f i t a r i x i m o n o q r a f i y a '''Tarixi faciələrimizin kökündə yalnız bir amil dayanır- xəyanət !''' Azərbaycan tarixində ən mühüm kəsimlərdən olan Hürrəmilər Hərəkatı dövrü xalqımızın qəhrəmanlıq səlnaməsində ən şərəfli yerlərdən birini tutur. Bu dövr haqda etibarlı və ədalətli tarixi mənbələr isə demək olar ki, yox dərəcəsindədir. “Islam dövrlərində əsərlər yazan ərəb və fars tarixçiləri bəzi hərəkatların mahiyyətini və məqsədini düşünə bilməmişlər. Buna görə də, bu hərəkatlara başçılıq edənləri bədməzhəb, dinsiz, kafir adlandırıb, onların möhtərəm adını, əziz xatirəsini çirkin töhmət və iftiralarla bulamış, məqsədlərini, ideologiyalarını yalan sözlərlə təhrif etmişlər. Belə bir iş Babək Hürrəmi haqqında da görülmüşdür”. İran şərqşünası Səid Nəfisi == P R O L O Q == Ərəb işğalından çox minillər qabaq Azərbaycan Zərdüştlüyün mərkəzi olmuş, ilk Müqəddəs Kitab-“Avesta” Tanrı tərəfindən bu torpağa göndərilmiş, 10on min ilə yaxın tarixidən çox yaşı olan ən qədim təktanrıçılıq dininin əsas məbədləri burada tikilmiş, Zürdüştlüyün kahinləri- müqəddəs maqlar burada yaşamışlar. Minillər boyu möhtəşəm mədəniyyət nümunələri yaradan, ilk əlifba və dilin, ədəbiyyatın, incəsənətin, memarlığın, saz, muğam kimi ilahi musiqinin, idman oyunlarının, teatrın və kütləvi el şənliklərinin təşəkkül tapdığı Odlar Yurdunun əryan (ari) köklü sakinləri, bəşər sivilizasiyasının beşiklərindən olayi hesab edilən Azərbaycanda tarix boyu unudulmaz qəhrəmanlıq nümunələri nümayiş etdiriblər. Belə nümunələrdən ən möhtəşəmi VIII əsrin ortalarından IX əsrin ortalarınadək yüzillik tarixi əhatə edən milli-mənəvi-sosial azadlıq mübarizəsi- Hürrəmilər Hərəkatı- dövründə göstərilib. Hürrəmilər Hərəkatı xalqımızın milli-mənəvi, tarixi-mədəni kökləri üzərində formalaşan müstəqil dövlətçilik ənənələrinin, eləcə də milli mədəniyyətin, dini-fəlsəfi ideologiyanın yenidən bərpa olunmasına gətirib çıxaran, azı 1 milyon kv.km.-lik nəhəng tarixi ərazimizi əhatə edən və təxminən 1 əsrlik zaman müddətində davam edən möhtəşəm bir milli qəhrəmanlıq tarixidir. Bu zaman kəsiyinin son 22 ili- Babəkin hakimiyyəti dövrü- Hərəkatın pik nöqtəs(contracted; show full) == III FƏSİL == AZƏRBAYCANA ƏRƏB TƏCAVÜZÜ Beləliklə, VII əsrin ortalarında xilafət orduları Azərbaycana soxulmuşdu və ciddi müqavimətə baxmayaraq ölkənin cənub vilayətləri tamamilə işğal olunmuşdu. Bundan sonra ərəblərlə Azərbaycan xalqıtürkləri arasında 60 ilə yaxın davam edən lokal savaşlar dövrü başlamışdı. 705-ci ildə ərəblər uzun sürən savaş və qırğınlardan sonra, bu vaxtadək müstəqilliyini saxlaya bilmiş Şimali Azərbaycan dövlətinin- Albaniyanın da müstəqilliyinə son qoymuşdular. Bundan sonra Azərbaycan əraziləri üstündə dəhşətli dağıntılar və fəakətlərlə müşayiət olunan ərəb-xəzər müharibələri ölkəni xarabazara çevirmiş, əhalini dilənçi kökünə salmışdı. (contracted; show full)ntlıq məsələsi hələ çox minillər qabaq Tanrının Müqəddəs Kitabı “Avesta”da təsbit olunmuşdu: “Ey Mazda, dünyanın başlanğıcında bizim üçün din yaratdın. Ruha bədən qəlibini verdin, ona özünə xas olan ağıl xüsusiyyətini bağışladın, davranış öyrətdin ki, hər kəs sərbəstliklə öz dinini seçib qəbul etsin” (“Avesta”-Yasna 31-ci hat, “Ahnavaydqat”-11). Xalqımızın qədim dövrlərdən bu günədək qoruyub saxladığı mənəvi dəyərləri, o cümlədən, milli və dini dözümlülüyü indi də dünyanı heyran qoymaqdadır... Azərbaycan xalqınıtürklərinin ta qədimdən sülhsevər və humanist olduğunu hətta, ərəb tarixçiləri də etiraf ediblər. İbn ən-Nədim yazır: “Hürrəmilərin dini etiqadında qətl, əzab və savaş yox idi, onlar bütün bunların nə olduğunu bilmirdilər”. Amma xilafətin Azərbaycana qarşı həyata keçirdiyi siyasət artıq milli genofonda və qədim ənənələrə təcavüz olduğundan yüksək mədəniyyətə, ulu dilə, mükəmməl elmi-fəlsəfi biliklərə malik Azərbaycan xalqı buna dözməyərək ağır və qeyri-bərabər mübarizəyə qalxdı. Beləliklə, Hürrəmi Hərəkatının əsasın(contracted; show full)an Adsini on minlik qoşunla ərəb ordusunun yolunu kəsməyə göndərdi. Adsin düşmənin qüvvələrini və mövqeyini düzgün qiymətləndirmədiyindən məğlubiyyətə uğrayaraq Bəzzə çəkildi. Ölkənin paytaxtına doğru irəliləyən düşməni saxlamaq üçün göstərilən sonuncu cəhd də uğursuzluqla nəticələndi. Bəzzə yaxınlaşan Afşin öz mövqelərini strateji əhəmiyyətli üç dağda möhkəmləndirdi və şəhəri uzun müddət mühasirədə saxlamaq məqsədilə düşərgəsini iri daşlarla hördürdü. == IX FƏSİL == MÜQƏDDƏS İDEALLAR UĞRUNDA SON DÖYÜŞ Bəzz şəhəri xalqımızın qədim ənənələrinə rtertertertreterterterterterrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrreeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeertreeeeeereuyğun şəkildə əvvəlki qaydada yaşamağında idi. Yenə də oradan ətrafa Tanrını tərənnüm edən musiqi sədaları yayılır, sarayların və qalaların üzərində qırmızı bayraqlar dalğalanırdı. Qırmızı geyimli hürrəmazərilərin şənlik məclisləri gecə yarıya qədər davam edir, hərdən də Hürrəmi döyüşçüləri qaladan çıxmağa cəhd göstərirdilər. Bu cəhdlərin hamısı uğursuz nəticələnirdi. Lakin, Cəfər ibn Dinarın qalaya hücumu da uğursuz oldu. BVə bu hücumun qarşısını alan Babəkin qələbəyə ümidi artdı. O, cəsur bir addım atmağa qərar verdi. Qısa müddətdə yeni taktiki plan hazırlandı. Bu əməliyyatın baş tutacaqı təqdirdə Afşinin bütün qoşunu məhv edilməli idi. (Nəzərə alsaq ki, həmin vaxt xilafətin bütün ordusu elə burada- Azərbaycanda idi, onda bu ərəb xilafətinin məhvi olacaqdı.) Afşinin növbəti hücumundan qabaq Babək Adsinin başçılıq elədiyi ordunu yaxınlıqdakı dağların arxasına göndərdi və onlar meşələrdə gizləndilər. Lakin xəyanət tarixi davam edi(contracted; show full) Tarix xalqın gen yaddaşıdır. Azərbaycan Türklərinin yaddaşında isə, öz qutsal idealları ilə birlikdə möhtəşəm bir tarixi şəxsiyyət əbədi yaşayacaqdır. '''BU BABƏKDIR MÜQƏDDƏS IDEALLARIN BÖYÜK SAHIBI - B A B Ə K H Ü R R Ə M I''' == EPİLOQ == Azərbaycan tarixində ən qüdrətli dövlət xadimi, ən nüfuzlu strateq, azadlıq somvolu Babək Hürrəmi haqda əsil həqiqətlər hələ də tam açılmayıb, daha doğrusu xalqa təqdim olunmayıb. Sovet lər dövründə onunla bağlı bədii film çəkilib, kitablar yazılıb, heykəllər qoyulub, adına küçə, meydan, şəhər və rayon verilibbu, başadüşülən idi. Müstəqillik dövründə isə, bu mövzu yenə də diqqətdən kənarda qalır. Halbuki, indi bizim belə bir qəhrəmana həmişəkindən daha çox ehtiyacımız var. Babək hər bir Azərbaycanlı Türkü üçün əsil vətənpərvərlik nümunəsidir. Paytaxtımızda yüzlərlə heykəl və abidələr ucalsa da (onların ararsında xalqımızın düşmənləri də var), Babəkin abidəsinə hələ də yer tapılmır. Bu olduqca təəssüfdoğurucu və anlaşılmaz haldır. Əslində, Babəkin heykəli çoxdur- Onun Azərbaycanda 8 milyon, dünyada isə 50 milyon abidəsi var. Bu adibələr ürəklərdə yerləşir və sayı da getdikcə artır. Təəssüfdoğrucu məqamlardan biri də, bəzi ərəb və fars əlaltılarının əli ilə mətbuatda Babək və Hürrəmi Hərəkatı haqda qeyri-obyektiv, qərəzli yazıların dərcidir. Amma bundan da narahat olmağa dəyməz. Ulu Öndər Əbülfəz Elçibəyin məşhur sözü ilə desək hər şeyin zaman ehtiyacı var. Gec-tez haqq öz yerini tapacaq və əsil tarixi həqiqətlər ortaya qoyulacaq. O zaman Azərbaycan xalqının şərəfliTürklərinin tarixini ləkəmək istəyində olanlar, bu xalqın dahilərinə qara yaxanlar haqq divanına çəkiləcək. O zaman gələcək və türklərin tarixin özünü yaratdığını hər kəs anlayacaq. Monoqrafiyada türk, ərəb, fars, rus və Avropa tarixçilərinin əsərlərindən, akademik Ziya Bünyadovun tədqiqatlarından və bir sıra digər mənbələrdən istifadə edilib. 07.09.05. Bakı [[Kateqoriya:Tarix]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?diff=prev&oldid=18907.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|