Difference between revisions 18907 and 18908 on azwikisource'''BABƏK HÜRRƏMI''' - M Ü Q Ə D D Ə S İ D E A L L A R I N B Ö Y Ü K S A H İ B İ '''Elçin Bayramlı''', Bakı, 2005. e l m i - f ə l s ə f i t a r i x i m o n o q r a f i y a '''Tarixi faciələrimizin kökündə yalnız bir amil dayanır- xəyanət !''' (contracted; show full)elə məlumat verir: “Bəzz şəhərində varlı vilayət hakimi, yerli Hürrəmi təşkilatına başçılıq edən Cavidan Şəhrək adlı bir hürrəmi yaşayırdı. Bir dəfə Zəncandan qayıdarkən Cavidan Bilalabada dönür və Babəkgilin evinə düşür. Cavidan ucqar kənddəki bu kasıb gəndli evində öz yaşından çox-çox qabağa getmiş belə yüksək səviyyəli biliyə, dünyagörüşə, döyüşçü görkəminə malik bir cavanla rastlaşdığına çox sevinir. O, Babəki öz dəstəsinə dəvət edir. Səhər tezdən Babək döyüşçü yoldaşları ilə Bəzz qalasına yola düşür. (Səid Nəfisi, “Babək” əsəri.) == VI FƏSİL == ZİRVƏYƏ APARAN YOL Babək Bəzz şəhərindəki hökmdar malikanələrinin idarəçisi işlədiyi az bir vaxtda təkcə Cavidanın deyil, həm də bütün xalqın böyük hörmət və məhəbbətini qazanır. Bəzz yaxınlığındakı dağlarda yaşayan bəzi hürrəmi icmalarına başçılıq edən Əbu İmranla Cavidan arasında baş verən toqquşmaların biri onlar üçün təktəbək ölüm-dirim savaşına çevrilir. Onlar arasında sülhü bərqərar etmək istəyən Babək araya girsə də, onun dediyinə qulaq asmırlar. Uzunsürən gərgin döyüşdə Əbu İmran h(contracted; show full)an Adsini on minlik qoşunla ərəb ordusunun yolunu kəsməyə göndərdi. Adsin düşmənin qüvvələrini və mövqeyini düzgün qiymətləndirmədiyindən məğlubiyyətə uğrayaraq Bəzzə çəkildi. Ölkənin paytaxtına doğru irəliləyən düşməni saxlamaq üçün göstərilən sonuncu cəhd də uğursuzluqla nəticələndi. Bəzzə yaxınlaşan Afşin öz mövqelərini strateji əhəmiyyətli üç dağda möhkəmləndirdi və şəhəri uzun müddət mühasirədə saxlamaq məqsədilə düşərgəsini iri daşlarla hördürdü. == IX FƏSİL == MÜQƏDDƏS İDEALLAR UĞRUNDA SON DÖYÜŞ rtertertertreterterterterterrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrreeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeertreeeeeereBəzz şəhəri qədim Zərdüştlüyün müqəddəs ənənələrinə uyğun şəkildə əvvəlki qaydada yaşamağında idi. Yenə də oradan ətrafa Tanrını tərənnüm edən musiqi sədaları yayılır, sarayların və qalaların üzərində qırmızı bayraqlar dalğalanırdı. Qırmızı geyimli azərilərin şənlik məclisləri gecə yarıya qədər davam edir, hərdən də Hürrəmi döyüşçüləri qaladan çıxmağa cəhd göstərirdilər. Bu cəhdlərin hamısı uğursuz nəticələnirdi. Lakin, Cəfər ibn Dinarın qalaya hücumu da uğursuz oldu. Və bu hücumun qarşısını alan Babəkin qələbəyə ümidi artdı. O, cəsur bir addım atmağa qərar (contracted; show full)dı. O, böyük əksəriyyətinin türklərdən ibarət olduğu muzdlu dəstələrin hesabına üstün gələn qara bayraqlı işğalçı ərəb ordusunun qalaya yaxınlaşdığını görəndə, vəziyyətin çıxılmazlığını anladı. Azərbaycanın uca dağlar qoynunda yerləşən paytaxtında tarixdə misli görünməmiş döyüşlər gedirdi. Vətən uğrunda son döyüşdə kişilərlə bərabər qız və qadınların, yeniyetmə və qocaların göstərdiyi misilsiz qəhrəmanlıq, heç vaxt belə mənzərə ilə qarşılaşmamış ərəbləri dəhşətə gətirmişdi. Xəyanət nəticəsində qalib gələn rtetreterterteərəb döyüşçüləri Azərbaycan dövlətinin paytaxtı Bəzz şəhəri uğrunda son nəfərinə və son damla qanınadək döyüşüb həlak olan yüz min Hürrəminin cəsədi üzərindən Bəzzə daxil olmaqdaydı. Və Babək Hürrəminin gözləri önündə Vətən tarixinin daha bir qanlı və qara səhifəsi yazılırdı... (contracted; show full) Monoqrafiyada türk, ərəb, fars, rus və Avropa tarixçilərinin əsərlərindən, akademik Ziya Bünyadovun tədqiqatlarından və bir sıra digər mənbələrdən istifadə edilib. 07.09.05. Bakı [[Kateqoriya:Tarix]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?diff=prev&oldid=18908.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|