Difference between revisions 20123 and 20124 on azwikisource{{header | title = Heydərbabaya Salam | author = Şəhriyar | translator = | section = | previous = | next = | year = (contracted; show full)</br> :Heydər Baba, qeyrət qanın qaynarkən, :Qaraquşlar səndən qopub qalxarkən, :O sıldırım daşlarıynan oynarkən, :Qovzan, mənim hümmətimi orda gör, :Ordan əyil, qamətimi darda gör. </br> :Heydər Baba, alçaqların köşk olsun, :Bu günümüz gələcəyə məşq olsun, :Bizdən sonra gələnlərə eşq olsun, :Övladımız məzhəbini danmasın, :Hər içiboş sözlərə aldanmasın. </br>⏎ :Heydər Baba, gecə durna keçəndə, :Koroğlunun gözü qara seçəndə, :Qıratını minib, kəsib-biçəndə, :Mən də burdan tez mətləbə çatmaram, :Eyvaz gəlib çatmayıncan yatmaram. </br> :Heydər Baba, mərd oğullar doğginan, :Namərdlərin burunların ovginan, :Gədiklərdə qurdları tut boğginan, :Qoy quzular ayın-şayın otlasın, :Qoyunların quyruqların qatlasın. </br> :Heydər Baba, sənin gönlün şad olsun, :Dünya varkən ağzın dolu dad olsun, :Səndən keçən tanış olsun, yad olsun, :Deynə, mənim şair oğlum Şəhriyar, :Bir ömürdür qəm üstünə qəm qalar. [[Category:Şəhriyar]] All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://az.wikisource.org/w/index.php?diff=prev&oldid=20124.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|