Difference between revisions 20128 and 31845 on azwikisource

'''Elm və bilik almaqdan doyma'''

Elm sənin əməli və nəzəri fəaliyyətinin spesifik sahəsidir. Bilikli insan qiymətli sayılır. İstedad və qabiliyyəti olanlar elmdə inkişaf edib  ali mərtəbəyə çatırlar. İnsanlar bir-birindən biliklə üstündürlər. Sən bilik öyrənməklə elmin zirvəsinə yüksəlirsən. Biliyin artdıqca ağlında parlayar və hikmətli olarsan. Məqsədinə müvafiq seçdiyin elmi ətraflı öyrənməklə çətinliklərə dözüb ona dərindən yiyələn. Öyrəndiyinin mənasını anla, onu dərk et, yadda saxla və kamil bilici ol. Elm sənin nurundur və yoluna işıq saçır.
 
Öyrəndiyin elmi digərlərinə öyrətmək böyük xeyirxahlıqdır. Bundan faydalananlar sənə təşəkkür edərlər.

Elimsiz və biliksiz insanın könlü bəhərsiz ağaca bənzər.İnsan elm və biliklə nemət yaradaraq  ömrünü dəyərləndirir.
Elmlə mövcud olanların necəliyini, onun mahiyyətini ağıl və sağlam düşüncə vasitəsi ilə dərk edirsən.

Məhəmməd Peyğəmbər (s.ə) söyləyib “Elmi beşikdən qəbrə qədər öyrənin”. Elmə uşaq yaşlarından sahib olmağa başla. Onu öyrənmək üçün lazım olsa xarici ölkələrə də get.

Nə qədər çox bilsən özünü az bilən hesab et. Öz biliyinlə heç vaxt qürrələnmə, yaxşı bildiyin işlər haqqında rəyini şişirtmə.
Çalış başqalarının rəyini səbrlə dinlə və yaxşı tərəfini qəbul et.

İnsanlar ülvi nemət olan biliklə həyatdakı həzləri anlayır, onlardan orta qaydada istifadə etməyi müəyyənləşdirir, öz hislərini nizama salır və xoşbaxtlığın qapılarını açır. İnsanın idrakı, şüuru artdıqca nuriziyası artır və insan şərafət sahibi olur.

'''Hekayət'''

Rəhmətlik atam Mirzəağa Bahadır bəy oğlu deyirdi ki, Qəzənfər Musabəyovun atası Mahmud bəy Xızılı Hacı Yəhyə ilə tanış idi. O, Hacı Yəhyənin dövlətli olmasını bilir və bu dövləti hansı şəraitdə qazanması ilə maraqlanıb Xızını görməyə gəldi. Hacı Yəhyə Mahmud bəyin məqsədini hiss edib, qonaq darıxmasın deyə söhbətə bağban Qafur Dadaşı dəvət edir. O, məclisə köhnə paltarda daxil olub qonaqla sönbətə başladı. Söhbət vaxtı Qafur Dadaşın məlumatları və biliyi Mahmud bəyi heyran etdi. Mahmud bəy Pirəbədilə dönüb Xızıda gördüklərini yerlilərinə nəql etdi. O, dedi ki, Xızıda adi kəndlinin söhbəti çox alimlərdən dəyərli idi. Kəndlisi belə savadlı olan yerin alimləri dərya bilikli olar.

'''Hekayət'''

Bir gənc geniş bilik almaq həvəsinə düşür. Elmin müxtəlif sahələrinə dair kitablar alır. O, aldığı kitabların adını oxuyub yadda saxlamaqla, elmi söhbətlərdə həmin əsərlərin adını çəkir. Bununla elmi məlumatlı olduğunu göstərir. Bir məclisdə əsərin adını çəkərkən, ona deyirlər ki, o haqda danışsın. Həmin gənc biliksizliyindən utanıb, məclisi tərk edir. Gənc bilik almaq məqsədi ilə aldığı kitabları oxuyub, elmə yiyələnir.

[[Kateqoriya:Hikmətli öyüd|12]]